Böyük müharibənin tarixi bilindi: Üç ölkə birləşir
    • 24-09-2024, 12:16
    • 4 746

Böyük müharibənin tarixi bilindi: Üç ölkə birləşir

“ABŞ donanmasını 2027-ci ildə Çinlə müharibəyə hazırlaşdığı bir zamanda dövlət katibi Entoni Blinken deyib ki, Rusiya Prezidenti Vladimir Putin Pekinin dəstəyi ilə Ukraynadakı müharibəni davam etdirəcək”.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “The Economist” jurnalının məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Rusiya Çinin yardımı qarşılığında ona sualtı qayıqlar, raketlər və digər hərbi qurğular üçün texnologiya verə bilər. Moskvanın paralel olaraq Tehranla münasibətlərini də yoluna qoyduğunu bildirib:

Jurnalın ekspertlərinin sözlərinə görə, bu ölkələri ABŞ-ın rəhbərlik etdiyi dünya nizamının qəbuledilməzliyi birləşdirir:

“Çin silah tədarük etmir, amma onun ikili əhəmiyyətli böyük tədarükləri Rusiya “hərbi maşınını” saxlamağa kömək göstərir. Pekin ümumilikdə Moskva üçün bu idxalın 90%-ni təmin edir. Bu komponentlər isə Rusiyanın qanadlı raketlər və PUA-lar istehsal etməsinə şərait yaradır. Eyni zamanda Ukrayna müharibəsi İran üçün bilik laboratoriyasına çevrilib. Eyni şey Şimali Koreyaya da aiddir”.