-
- 24-09-2024, 21:58
- 237
Oturaq işlə məşğul olanların DİQQƏTİNƏ - HƏR GÜN...
Gün ərzində uzun müddət oturmağın sağlamlığımız üçün zərərli olduğunu bilirik. Bəs bu mənfi təsirləri aradan qaldırmaq üçün nə qədər məşq etməliyik?
News24.az xəbər verir ki, araşdırmalara görə, gündə təxminən 30-40 dəqiqə tərləməyə səbəb olan məşq bu zərərləri kompensasiya etmək üçün kifayət ola bilər.
Bu yaxınlarda aparılan bir araşdırma göstərib ki, hər gün 40 dəqiqəyə qədər "orta və güclü intensivlik" fiziki fəaliyyət 10 saat oturmanın təsirini kompensasiya edə bilər.
Bununla belə, məşq miqdarından asılı olmayaraq, hətta ayaq üstə durmaq da müəyyən fayda verir.
Tədqiqatda iştirakçılar fitnes izləyicilərindən istifadə ediblər.
Bu tədqiqatın üstünlüklərindən biri nəticələrin iştirakçıların öz hesabatlarına deyil, daşınan cihazlardan əldə edilən daha obyektiv məlumatlara əsaslanmasıdır.
Tədqiqatçılar lift yerinə pilləkənlərdən istifadə etmək, uşaqlar və ev heyvanları ilə oynamaq, yoqa etmək və ya rəqs etmək kimi sadə fəaliyyətlərlə belə hərəkətsizliyin zərərlərinin azaldılacağını qeyd ediblər.
Dərhal 30-40 dəqiqə idmana başlaya bilməyənlər kiçik addımlarla bu müddəti artıra bilərlər.
Bütün yaşlar və bədən tipləri üçün ümumi tövsiyələr vermək çətin olsa da, 40 dəqiqəlik məşq müddəti əvvəlki tədqiqatlara uyğundur.
Məryəm İlhamqızı