-
- 24-09-2024, 12:30
- 234
Onları Azərbaycana təhvil verdilər
Beynəlxalq axtarışda olan altı şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.
News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Orxan Afiq oğlu Həbibov, Elcan Akif oğlu Şirinov, Zülfüqar Vahid oğlu Süleymanov, Arif Rasim oğlu Vəliyev və Pərviz Rzavan oğlu Səlimovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bundan başqa, "Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Elmar Nadir oğlu Sadıqovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.
Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Elmar Sadıqov Gürcüstan ərazisində saxlanılaraq 17.09.2024-cü il tarixdə, digər qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.09.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.