-
- 24-09-2024, 12:33
- 219
Meymun çiçəyinin yeni variantına yoluxdu
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyət elan etdiyi meymun çiçəyi virusnun yeni variantına Hindistanda ilk yoluxma qeydə alınıb.
News24.az “TRT Haber”ə istinadən xəbər verir ki, “Clade 1b” adlanan bu yeni variant Afrikadakı meymun çiçəyi epidemiyası ilə əlaqəlidir və yüksək yoluxuculuğa malikdir.
Yeni variant Hindistanın cənubundakı Kerala əyalətində bir müddət öncə Dubaydan geri dönən 38 yaşlı kişidə aşkar edilib.
Hindistan Səhiyyə Nazirliyinin sözçüsü Manişa Verma, Kerala ştatının Malappuram bölgəsində aşkarlanan hadisənin 1-ci sinif variantına aid olduğunu təsdiqləyib.
Həmin şəxs xəstəxanada müalicə olunur. Virus aşkarlanan şəxsin 29 yaxın dostu, ailə üzvləri və təyyarədəki 37 sərnişin də nəzarətə götürülüb. Lakin onlarda indiyə qədər virusun heç bir əlamətinin olmadığı açıqlanıb.
Qeyd edək ki, meymin çiçəyi, ağrılı dəri zədələnmələrinə səbəb ola bilən yoluxucu virusdur.
Virusun daha təhlükəli variantı Afrikadan kənar ölkələrə də yayılıb. İsveç, Tailand və Pakistan da daxil olmaqla meymun çiçəyi xəstəliyinə yoluxma halları barədə məlumat veriblər.
Teymur Məmmədov