Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm açıqlandı
    • 24-09-2024, 13:11
    • 2 829

Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm açıqlandı

Xəbər verdiyimiz kimi, dünən VII çağırış Milli Məclisin ilk iclası keçirilib. Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gələn ildən minimum əmək haqqının və pensiyanın artırılacağını qeyd edib.

Məlumat üçün bildirək ki, minimum maaş və pensiyalar sonuncu dəfə 2023-cü ilin yanvarında artırılmışdı.

Son illərin inflyasiya tempini nəzərə alsaq, artım nə qədər ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli gözləntilərin 10-15 faiz aralığında olduğunu deyib:

“Hazırda nəzərdə tutulan artımla bağlı konkret rəqəm demək mümkün deyil. Hökumət bütün inkanlarını və son illərdəki bahalaşmanı nəzərə alacaq. Pensiyalar və minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvarında artırılıb və bu günə qədər həmin rəqəmlərdə dəyişiklik olmayıb. Baxın, 2023-cü ildə inflyasiya 8.8 % olub, bu il isə 4-5 faiz olacağı gözlənilir. Bu da haradasa, ümumilikdə 13 faiz edir. Düşünürəm ki, hökumət minimum 10, maksimum 15 % artıma gedəcək. Konkret rəqəmlərlə ifadə etsək, maaşlar 34-51 manat aralığında qalxacaq. Artımın daha yüksək olacağını gözləmirəm. Hökumət öz öhdəliklərini başa düşür və bütün mümkün ehtimalları hesablayacaq”.