-
- 24-09-2024, 14:52
- 239
"TikTok" bu hesabları ÖMÜRLÜK BAĞLADI
“TikTok” rəsmi saytında Rusiyanın dövlət televiziyası RT və “Sputnik” xəbər agentliyinin ana şirkətləri olan “TV-Novosti” ilə “Rossiya Seqodnya”nın hesablarını həmişəlik bağladığını elan edib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda Rusiya media qurumlarının “seçicilər üçün aldadıcı məlumatlar yaydığı”, “örtülü təsir əməliyyatları” adlandırılan “siyasi təbliğatı qadağan edən qaydaları pozduğu” bildirilib.
Bu hesablar Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada da məhdudlaşdırılıb.
“Sputnik” isə X sosial media hesabında verdiyi açıqlamada “TikTok”-dakı 86 min abunəçisinin ən aktual geosiyasi məsələlərlə bağlı faktları öyrənə bilməyəcəklərini bildirib.
Teymur Məmmədov