-
- 24-09-2024, 15:33
- 1 422
"Gənclər universitetə çılpaq gəlirlər" - DEPUTATDAN SƏRT SÖZLƏR
"Bu gün bəzi gənclər universitetə çimərlik geyimi, idman paltarı ilə və ya çılpaq gəlirlər".
Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, bu məsələ tez-tez müzakirə edilir. Universitetə gedən tələbə normal, səliqəli geyinməli və açıq-saçıq geyinməməlidir:
"Bəzən mən insanların geyiminə baxanda düşünürəm ki, bu adam universitet paltarı ilə çimərlik geyimini səhv salıb. Ona görə də biz müəllimləri yox, tələbələri qınamalıyıq. Təsəvvür edin ki, bir xanım çox qısa formada dərsə gəlir. Müəllim belə bir situatsiyanı görür, belə bir vəziyyətlə üzləşir və çox əsəbiləşir. Bu, səbəbdən müəllimin verdiyi reaksiya qınanmamalıdır. Bu, həm dərs mühitini pozur, həm oğlanların psixologiyasına təsir edir, həm də insanlara mənfi təsir göstərir. Təkrar edirəm ki, hər kəs öz geyiminə, paltarına diqqət etməli və fikir verməlidir. Hər birimiz belə məsələlərə həssas yanaşmalıyıq".
Xatırladaq ki, yaxın günlərdə Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib. Pedaqoq şəklin üzərinə “Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır” sözlərini yazıb.
Günel Məlikzadə