Kişilərin beyni hər gün bu saatlarda kiçilir - AÇIQLAMA
    • 24-09-2024, 20:37
    • 298

Kişilərin beyni hər gün bu saatlarda kiçilir - AÇIQLAMA

Alimlər müəyyən ediblər ki, kişilərin beyinləri gün ərzində hormon səviyyələrindəki dalğalanmalar səbəbindən kiçilir.

News24.az xəbər verir ki, 26 yaşlı bir kişinin beynini 30 gün ərzində 40 dəfə skan edən ABŞ tədqiqatçıları, kişilərin beyninin axşam saat 8-də kiçildiyini və gecə boyu "sıfırlandığını" müəyyən ediblər.

Pensilvaniya Universiteti Perelman Tibb Məktəbindən Laura Pritschet, "Kişilərdə səhər və axşam arasında steroid hormonlarında 70 faiz azalma var" deyib.

Beyindəki kiçilmənin bununla əlaqəli olduğunu ifadə edən Pritschet, səhər və axşam saatları arasındakı həcm dəyişikliyinin yaşla birlikdə azaldığını ifadə edib.

“The Journal of Neuroscience” jurnalında dərc edilən araşdırmada beynin ən xarici təbəqəsi olan korteksin qalınlığının azaldığı müəyyən edilib.

Tədqiqatçılar zehni funksiyalarda, yaddaşda, duyğularda və hərəkətlərdə mühüm rol oynayan boz maddənin həcminin hər gecə orta hesabla 0,6 faiz azaldığını qeyd ediblər.

Məryəm İlhamqızı