"Xankəndi" klubu oyunlarını Xankəndində keçirməyəcək - SƏBƏB
    • 24-09-2024, 15:36
    • 423

"Xankəndi" klubu oyunlarını Xankəndində keçirməyəcək - SƏBƏB

“Rəqib komandaları Şamaxıda qəbul edəcəyik”. 

Bu sözləri "Xankəndi" klubunun təsisçisi Vasif İsmayılov News24.az-a açıqlamasında bildirib. O, zamanı gəldikdə ev oyunlarını Xankəndi şəhər stadionunda keçirəcəklərini qeyd edib: 

“Hazırda ev oyunlarını Xankəndində keçirmək mümkün deyil. Çünki dövlətin siyasəti var, hazırda işğaldan azad olunan torpaqlarımıza gediş-gəliş icazəli formada baş tutur.Ümumiyyətlə hədəflərimiz böyükdür. Hətta onu deyə bilərəm ki, zamanında Xankəndi stadionunda çıxış etsək, yerləşəcəyimiz hotel belə bəllidir. V.İsmayilov sponsor haqda bunları deyib: “Klubun sponsoru var, ancaq bir müddət sonra ictimaiyyətə bu, haqda məlumat verəcəyik”.

Ağa