Yenilənmə işlərinə start VERİLDİ - Bu tarixdən....
    • 24-09-2024, 15:45
    • 330

Yenilənmə işlərinə start VERİLDİ - Bu tarixdən....

Ötən gün yeddinci çağırış Milli Məclisin ilk plenar iclası baş tutub. 

News24.az xəbər verir ki, sədr, sədrin birinci müavini və müavinlərın adları məlum olub. Eyni zamanda Mili Məclisin tam tərkibi müəyyənləşib.

Milli Məclisin saytında hazırda deputatlar və onların vəzifələri, komitə və komissiyalar barədə məlumatlar yoxdur. Bununla bağlı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qayıbov News24.az-a açıqlama verib. O, bildirib ki, ötən gündən başlayaraq rəsmi saytda yenilənmə işlərinə start verilib. 

"Məlumatların çoxluğu ilə əlaqədar olaraq hazırda proses davam edir. Yaxın zamanda bütün lazımi məlumatlar rəsmi saytda yerləşdiriləcək”, - deyə o qeyd edib. 

Qeyd edək ki, Milli Məclisin rəsmi saytında ictimaiyyətə təqdim olunan bütün məlumatlar dərc edilir.

Ağa