-
- 24-09-2024, 17:39
- 292
Yeni başlayan sürücülər üçün ən yaxşı avtomobillər
Avtomobil seçərkən təcrübəsiz sürücülər B sinifli modellərə, eləcə də krossoverlərə diqqət yetirməlidirlər.
News24.az xəbər verir ki, bu barədə avtoekspert Aleksandr Bulkin danışıb.
B sinifli avtomobillərə gəldikdə, bunlar Hyundai Solaris, Kia Rio, Volkswagen Polo, Lada Granta ola bilər.
Bulkin qeyd edib ki, ilk avtomobilinizi almaq üçün pula qənaət etməmək daha yaxşıdır. Aldığınız maşının təmirinə daha çox xərcləməmək üçün mümkün olan maksimum büdcəni ayırmalısınız.
Qeyd edək ki, bundan əvvəl Avilon Kia-nın mexaniki təmir departamentinin direktoru Vadim Strelbitski deyib ki, tıxaclarda avtomobili aqressiv idarə etməməli və qəfildən zolaqları dəyişdirməməlisən.
Bundan başqa, onun sözlərinə görə, tıxacda yolun kənarında və qarşıdan gələn zolaqda ötmə əməliyyatı etmək təhlükəlidir. Bu qəzaya səbəb ola bilər.
Məryəm İlhamqızı