-
- 24-09-2024, 18:16
- 364
Həkimlər qızın qulağından tarakan çıxartdılar
Nijni Novqorodda yerli klinikalardan birinin həkimləri kömək üçün onlara müraciət edən qızın qulağında tarakan aşkar ediblər.
News24.az xəbər verir ki, bu barədə yerli “Stationar-Press” nəşrinin baş redaktoru Aleksey Nikonov şəxsi Telegram kanalında məlumat verib.
Xəstə şiddətli ağrı və eşitmə itkisindən şikayətlənib. Müayinə zamanı həkim bütün qulaq kanalını tarakan tutduğundan, kömək istəyən şəxsin qulaq pərdəsini düzgün müayinə edə bilməyib.
“Xarici məxluq çıxarıldı, lakin tarakan qulaq pərdəsinin şişməsinə və iltihabına səbəb ola olub. Qıza antibakterial terapiya kursu təyin olunub”, - həkim deyib.
Məryəm İlhamqızı