Ərdoğan Bakıda keçiriləcək COP29-dan danışdı
    • 24-09-2024, 23:26
    • 274

Ərdoğan Bakıda keçiriləcək COP29-dan danışdı


Bakıda təşkil olunacaq COP29 tədbirinin iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə kömək edəcəyinə inanırıq.

News24.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında çıxışı zamanı deyib.

O qeyd edib ki heç bir ölkə emissiyanın azaldılması və iqlim dəyişikliyinə uyğunlaşmanı təkbaşına həll edə bilməz:

"Bu məsələdə inkişafda olan ölkələr üçün ən vacib amillərdən biri maliyyə, texnologiya idxalı və imkanların artırılmasıdır".