İlham Əliyev fərman imzaladı
    • 24-09-2024, 23:31
    • 215

İlham Əliyev fərman imzaladı


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

News24.az fərmanın mətnini təqdim edir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 3 iyun tarixli 81 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 7.1-ci bəndin birinci cümləsində “saylı Əlavəsində” sözləri “nömrəli əlavəsində” sözləri ilə əvəz edilsin.

2. Həmin Qaydaların 1 nömrəli əlavəsi – “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan malların Siyahısı” yeni redaksiyada verilsin (əlavə olunur).

3. Həmin Qaydaların 2 nömrəli əlavəsi – “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı” üzrə:

3.1. “İxrac” hissəsinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr – Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” abzası ləğv edilsin;

3.2. “İdxal” hissəsinin üçüncü abzasının “Malların adı” sütunundan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr,” sözləri çıxarılsın.


4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bir ay müddətində:

4.1.1. ixracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısı üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.1.2. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan əlavənin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.