-
- 25-09-2024, 12:22
- 211
"Hərbi xidmətə gedirəm" deyib pul diləndi, saxlanıldı
Türkiyədə "Hərbi xidmətə gedirəm, heç kimim yoxdur, pula ehtiyacım var" deyərək insanlardan pul toplayan şəxs saxlanılıb.
News24.az “Milliyet”ə istinadən xəbər verir ki, hadisə Tekirdağda yaşanıb.
Çiyinlərdə türk bayrağı olan gənc polisləri gördükdə qaçmağa cəhd edib. Araşdırma zamanı isə bəlli olub ki, hərbi xidmətə gedəcəyini deyən şəxs əslində dilənçilik yolu ilə pul qazanır.
Saxlanılan zaman onun üzərində 575 TL aşkarlanıb. Onun barəsində qanunauyğun tədbir görülüb.
Teymur Məmmədov