-
- 25-09-2024, 12:24
- 3 607
Xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
News24.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 yanvar 2025-ci ilə saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2024-cü ilədək müddəti əhatə edirdi.