İcra başçısının qardaşı faciəli şəkildə öldü - FOTO
    • 25-09-2024, 13:46
    • 244

İcra başçısının qardaşı faciəli şəkildə öldü - FOTO

Azərbaycanda kolbasa istehsal edən şirkətdə bədbəxt hadisə baş verib.

News24.az lent.az-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən "Ay-min" MMC-də (kolbasa şirkəti) qeydə alınıb.

Orada işləyən, Lənkəran rayon sakini, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi elektrik cərəyanı vuraraq öldürüb. 

Modern.az-ın məlumatına görə isə o, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşıdır.

Hadisənin dünən baş verdiyi qeyd edilir.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.