-
- 25-09-2024, 23:12
- 406
Ehtiyatlı olun, bu xəstəliklər zamanı qan təzyiqi...
Qalxanabənzər vəz, ürəklə bağlı xəstəliklər, həmçinin müəyyən dərmanların qəbulu təzyiqin aşağı düşməsinə səbəb olur.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu tibb mütəxəssisləri deyib.
Bildirilir ki, hipertoniya venoz təzyiqin 100/60 mmHg-dən aşağı olduğu vəziyyətdir. Əsas əlamətlər bunlardır: zəiflik, başgicəllənmə, baş ağrıları, ürəkbulanma, gözlərin qaralması, xüsusən də insan oturduğu yerdən qəfil qalxdıqda.
Hipertoniya həmçinin yuxusuzluq, düzgün qidalanmamaq, oturaq həyat tərzi, susuzluqdan da yarana bilər. Həkimlər qeyd edirlər ki, belə hallarda insanın balanslı qidalanması və qidada kifayət qədər zülal, vitamin və mineralların olması vacibdir.
Hipertansiyonlu insanlara gündə beş-altı dəfə az-az qidalanmaq, gün ərzində dəqiq müəyyən edilmiş istirahət saatlarına sahib olmaq tövsiyə olunur.
Mütəxəssislər deyirlər ki, qəhvə və çayı orta miqdarda olmaq şərti ilə qidaya daxil etmək də faydalıdır.