Bərdədə canavar heyvandarlıq təsərrüfatına hücum edib
    • 25-09-2024, 16:04
    • 325

Bərdədə canavar heyvandarlıq təsərrüfatına hücum edib

Bərdədə canavar heyvandarlıq təsərrüfatına hücum edib.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Mirzəxanlı kəndində qeydə alınıb.

Gecə saatlarında Malik Əsgərovun təsərrüfatına hücum edən yırtıcı bir baş at balasını parçalayıb, bir baş atı isə yaralayıb. Bundan sonra qoyun sürüsünə hücum edən canavar təsərrüfat sahibləri tərəfindən uzaqlaşdırılıb.