-
- 25-09-2024, 16:26
- 180
Qızıl püskürən dağ: Hər gün 80 qram...
Antarktida buzla örtülmüş soyuq qitə kimi tanınır, eyni zamanda vulkanik fəaliyyətə ev sahibliyi edir. Qitədə onlarla vulkan var ki, onların əksəriyyəti Qərbi Antarktida və Mari Berd Torpaqlarında yerləşir.
News24.az xəbər verir ki, qitədəki ən aktiv vulkanlardan biri 3794 metr yüksəklikdə olan Erebus dağıdır. 1841-ci ildə ingilis kəşfiyyatçısı ser Ceyms Klark Ross tərəfindən kəşf edilən vulkanın o dövrdə aktiv olduğu bildirilib. Erebus dağının zirvəsindəki kraterdə 1972-ci ildən aktiv olan lava gölü var.
Erebus müntəzəm olaraq qaz və buxar püskürür və arabir "vulkan bombaları" kimi tanınan ərimiş qayaları çölə atır. Ən maraqlı kəşflərdən biri də alimlərin bu qazlarda kiçik qızıl kristalları tapmasıdır.
Vulkanın hər gün təxminən 80 qram qızıl püskürdüyü və bu qızılın dəyərinin təxminən 6000 dollar olduğu təxmin edilib. Qızıl tozu hətta 1000 kilometr uzaqlıqdakı mühitlərdə də aşkar edilib.
Bununla belə, Erebus dağı 1979-cu ildə faciəvi təyyarə qəzası ilə məşhurdur. Air New Zealand 901 reysi 28 noyabr 1979-cu ildə Erebus dağına çırpılıb və təyyarədə olan 257 nəfərin hamısı ölüb. Bu faciəvi hadisədən sonra Antarktidaya turist uçuşları dayandırılıb.
Məryəm İlhamqızı