-
- 25-09-2024, 22:25
- 237
Dostunu çəkiclə öldürüb əylənməyə getdi..
Ankarada dostu Ü.U-nun başına çəkiclə vuraraq öldürən, daha sonra evi yandıraraq S.K. getdiyi əyləncə məkanında yaxalanıb.
News24.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan şübhəli S.K-nın (62) polis bölməsindəki əməliyyatları tamamlanıb.
Səhhəti yoxlanıldıqdan sonra Ankara Ədliyyəsinə gətirilən şübhəli ifadə verib və həbs tələbi ilə Sülh Sülh Hakimliyinə sövq edilib.
Burada dindirildikdən sonra şübhəli “qəsdən adam öldürmə” maddəsi ilə həbs edilib.
Günel Məlikzadə