"Fənərbağça"da ayrılıq
    • 25-09-2024, 23:04
    • 146

"Fənərbağça"da ayrılıq

"Fənərbağça"da Joze Mourinyonun komandasının analiz rəhbəri Mişel Salzarulo ailəvi səbəblərdən öz istəyi ilə "Fənərbağça"dan ayrılıb.

News24.az xəbər verir ki, İtaliyalı çalışdırıcı ölkəsinə qayıdaraq keçmiş komandası “Roma”ya keçəcək.

Daniele De Rossinin boşaldığı "Roma"nın baş məşqçisi vəzifəsinə İvan Yuriç təyin edilib.

Qeyd edək ki, Salzarulo yeni baş məşqçinin komandasına qoşulacaq.

Günel Məlikzadə