Müəllimə hücum edildi
    • 25-09-2024, 23:42
    • 256

Müəllimə hücum edildi

Kastamonuda məktəbdə müəllimə hücum edən valideyn saxlanılıb.

News24.az xəbər verir ki, valideyn G.B. məktəbə gələrək məktəb direktor müavininin otağında müəllim Selman Gökkaya ilə mübahisə edib.

Mübahisə böyüyərkən G.B müdir köməkçisinin masasından götürdüyü dəlgəclə Gökkayanın başına vurub.

Xəstəxanaya gedən Gökkayanın başına 5 tikiş vurulub.

10 gündür döyülməsi və iş qabiliyyətini itirməsi xəbəri alan Gökkaya polisə gedərək G.B-dən şikayət edib.

G.B polis qrupları tərəfindən saxlanılıb.

Günel Məlikzadə