Romada keçiriləcək Fələstinə dəstək nümayişləri QADAĞAN EDİLDİ
    • 25-09-2024, 17:28
    • 155

Romada keçiriləcək Fələstinə dəstək nümayişləri QADAĞAN EDİLDİ

5 oktyabrda paytaxtda keçirilməsi planlaşdırılan Fələstinə iki dəstək yürüşü Roma Polis İdarəsi tərəfindən qadağan edilib.

News24.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Agentliyin başqa bir xəbərində isə bildirilib ki, Daxili İşlər Naziri Matteo Piantedosinin sədrliyi ilə dünən axşam saatlarında iclas keçirən İctimai Asayiş və Milli Təhlükəsizlik Komitəsinin qiymətləndirməsində oktyabrın 5-də yürüşlərə qadağa qoyulması tendensiyası 7 Oktyabr 2023 il dönümünə təsadüf etdiyi üçün hadisələrin ortaya çıxa biləcəyi səbəbiylə gündəmə gəlib.

Mətbuatda həmçinin İtaliyadakı yəhudi icmasının və bəzi sağçı siyasətçilərin 7 oktyabr 2023-cü il ildönümünə təsadüf edən bu yürüşlərə qadağa qoyulmasını tələb etdiyi də bildirilib.

Qeyd edək ki, İtaliyada 2023-cü ilin oktyabr ayından etibarən Fələstinə dəstək nümayişləri keçirilsə də, 27 Yanvarın Beynəlxalq Holokostu Anma Günü ilə üst-üstə düşməsi səbəbilə həmin gün Fələstinə dəstək nümayişləri də yəhudi icmasının təzyiqi ilə qadağan edilib. Həmin qadağaya baxmayaraq, minlərlə insan Romada toplaşaraq həm nümayişin qadağan edilməsinə, həm də İsrailin Qəzzaya hücumlarına etiraz edib.

Məryəm İlhamqızı