“Qarabağ”ı çox ağır oyun gözləyir
    • 25-09-2024, 23:13
    • 178

“Qarabağ”ı çox ağır oyun gözləyir


"Totehem" - "Qarabağ" görüşü “köhlən atlar” üçün ağır olacaq. Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu News24.az-a açıqlamasında deyib. 

Təcrübəli mütəxəssis rəqiblə "Qarabağ" arasında sürət fərqinin böyük olduğunu vurğulayıb: “Düşünürəm ki,  "Qarabağ" London təmsilçisindən nə qədər zəif olsa belə, öz oyun üslubu var, və onu diqtə edə biləcək. 

Ümumiyyətlə "Qarabağ"ın bu, oyun üslubu bütün komandalara keçərlidir. Sadəcə ustalıq səviyyəsi rəqibdə üstün olduğu üçün, belə görüşlərdə qalib gəlmək çətin olur. "Qarabağ"dan yaxşı oyun gözləyirəm, xal ala bilsək yaxşı olar, ancaq bayaq da dediyim kimi komandamızı çox ağır oyun gözləyir. "Qarabağa" uğurlar arzulayıram”.

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" matçı sentyabrın sabah Londondakı "Tottenhem Hotspur" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.