Trampdan İrana təhdid: Ölkənizi məhv edərik
    • Dünən, 08:00
    • 153

Trampdan İrana təhdid: Ölkənizi məhv edərik

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Şimali Karolinada seçki kampaniyası zamanı İranı hədəfə alıb.

News24.az NTV-yə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının “İrandan gələn real və konkret sui-qəsd təhdidləri” ilə bağlı brifinq almasından bir gün sonra Tramp İranın “şəhərlərini məhv etməklə” hədələyib.

“Əgər mən prezident olsaydım, təhdid edən ölkəyə, indiki halda İrana deyərdim ki, əgər bu ölkəyə hər hansı bir şəkildə zərər versəniz, biz sizin ən böyük şəhərlərinizi və ölkənizi məhv edəcəyik. Deyərdim ki, sizi məhv edəcəyik” , - deyə Tramp bildirib. 

“Bildiyiniz kimi, mənim həyatıma iki dəfə sui-qəsd olub və İranın bu sui-qəsddə əli olub, olmaya da bilər. Yəqin ki, bunun İranla əlaqəsi var. Amma hələ də bilmirəm”, – Tramp deyib. 

Prezident Məsud Pezeşkianın Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası çərçivəsində Nyu Yorkda olduğuna diqqət çəkən Tramp, “Bu arada İran prezidenti bu həftə ölkəmizdədir və o, böyük bir təhlükəsizlik qüvvəsi tərəfindən qorunur.  Yenə də millətimizin keçmiş prezidentini və ABŞ-ın növbəti prezidenti olmaq üçün əsas namizədi hədələyirlər" dedi.

Günel Məlikzadə