Zelenskinin yeni biznesi MARAQ DOĞURDU
    • 26-09-2024, 08:27
    • 185

Zelenskinin yeni biznesi MARAQ DOĞURDU

Ukrayna prezidenti Vladimir Zelenski dəfn mərasimi və qumar xidmətləri göstərən ZELENSKYY ticarət markasını qeydiyyatdan keçirib.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu nişan Avropa İttifaqı (Aİ), ABŞ, Böyük Britaniya, Kanada, Çin, Yaponiya, Türkiyə, İsveçrə, Gürcüstan, Ermənistan, İsrail və Moldova ölkələrində istifadə üçün qeydiyyatdan keçib. 

Qeydiyyat sənədlərində Zelenskinin soyadı, adı və atasının adı göstərilib. Ünvan isə Ukrayna prezidentinin ofisinin ünvanı ilə üst-üstə düşür.

ZELENSKYY brendi altında göstərilən xidmətlər arasında qumar, dəfn mərasimləri, astrologiya və psixologiya sahələrində xidmətlər var. Ticarət nişanı həmçinin əyləncə xidmətlərini, o cümlədən film istehsalı və kitab nəşrini əhatə edir.

Teymur Məmmədov