-
- 26-09-2024, 09:07
- 335
8 yaşlı Narini öldürdükdən sonra GÖRÜN NƏ EDİBLƏR
Türkiyənin Diyarbakır bölgəsində 8 yaşlı Narin Güranın qətli ilə bağlı aparılan istintaq çərçivəsində şübhəlilərin musiqinin səsini yüksəldərək dinləmələrə qarşı tədbir görməyə çalışdıqları müəyyən edilib.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində Güran ailəsinin üzvləri Jandarmaların evdə danışıqları dinlədiyi barədə məlumat alıb.
Bu məlumatı kimin sızdırdığı araşdırılarkən, Güran ailəsinin kişilərinin iştirakı ilə ən azı 7 ayrı ailə üzvlərinin bir araya toplaşaraq mükirələr apardıqları müəyyən edilib.
Bu görüşlər bəzən açıq havada, bəzən isə qapalı məkanda olub.
Ailə üzvləri danışıqların ətrafdakı dinləmə sayəsində çölə sızmaması üçün yüksək səslə musiqi səsləndirərək tədbir görməyə çalışıb.
Teymur Məmmədov