-
- 26-09-2024, 15:02
- 320
Dünyanın ən gözəl qızı seçilmişdi, Son halı ilə..
2007-ci ildə "Dünyanın ən gözəl qızı" seçilən fransız ulduz Thylane Blondeau son görünüşü ilə izləyicilərini heyran buraxıb.
Uşaqlığından böyük brendlərin reklam siması olan Thylane Blondeau peşəkar modellik karyerasına 2015-ci ildə başlayıb.
News24.az xəbər verir ki, modelliklə yanaşı aktyorluqla da maraqlanan Thylane Blondeau 2015-ci ildə Belle & Sebastian: The Adventure Continues filmində Qabriele rolunu oynayıb.
Hazırda dünyanın ən böyük moda nümayişlərində görünən fransız gözəli sosial mediadan da çox aktiv istifadə edir.
İnstaqramda 7 milyon izləyicisi olan Blondeonun paylaşımlarına çoxlu şərhlər yazılır.
Günel Məlikzadə