-
- 26-09-2024, 15:36
- 262
Azərbaycanda məktəbli əməliyyatdan sonra VƏFAT ETDİ
Xəbər verdiyimiz kimi, Lənkəran rayon Separadi kənd məktəbinin şagirdi Sevinc Əzimzadə vəfat edib.
News24.az bildirir ki, TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 24.09.2024-cü il tarixində saat 20:45-də Lənkəran rayon Separadi kənd sakini 2015-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəqiqləşdirilməmiş qanaxma, hemoragik şok, əməliyyatdan sonrakı vəziyyət diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.
"Xəstəyə zəruri ilkin tibbi yardım göstərilib, laborator analizlər götürülüb və vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə köçürülüb. Burada pasiyentə 3 vahid eritrosit kütlə, şok əleyhinə vasitələr, hemostatik tədbirlərin görülməsinə baxmayaraq 25.09.2024-cü il tarixində saat 08:00 radələrində xəstənin ölüm faktı qeydə alınıb", - qurumdan bildirilib.