-
- 26-09-2024, 15:45
- 203
“Yemək yemirəm, 24 saat yalnız su içirəm” - Talıb Taleh
“Hər zaman idman edirdim. Amma bəzi məqamlar var ki, onları özüm üçün yeni kəşf etmişəm. Onları edəndə isə daha effektiv olur”.
News24.az OLAY-a istinadla yazır ki, bu sözləri müğənni Talıb Tale qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.
2 il ərzində 7 kiloqram çəki atdığını söyləyən sənətçi həftədə bir dəfə qida qəbul etmədiyini açıqlayıb:
“Həftənin bir günü 24 saat yalnız su içirəm, yemək yemirəm. Artıq buna öyrəşmişəm. Bu isə çox gözəl effect verir. Yəni tək idmanla arıqlamaq olmur həm də bunu edirəm. Yeməkdə də müəyyən məsələlər var. Misal üçün çox yemək yeməmək müəyyən qidaları rasiondan çıxartmaq. Nadir hallarda çörək yeyirəm. 2022-ci ildən bəri 6-7 kiloqram çəki atmışam. Bununla da yanaşı davamlı hərəkətdə olmalısan. Bəzi insanlar məni görüb deyirlər ki, nə pis arıqlamısan”.