-
- 26-09-2024, 16:35
- 187
Rus ordusu bölgəni “Xəncər”lə vurdu
Rusiya Hərbi Hava Qüvvələri yenidən Ukrayna vilayətlərini “Kinjal” (“Xənzər”) raketləri ilə hədəfə alıb. Ölkənin bütün bölgələrində raket təhlükəsi davam edir.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qurum raketlərin MiQ-31K təyyarələrindən buraxıldığını açıqlayıb.
“Kinjal” raketi Xmelnitskiyə doğru atılıb”, - məlumatda deyilir.
Yerli Teleqram kanalları da Kiyev, Xerson və Xmelnitski vilayətlərində baş verən partlayışlar barədə məlumat yayıb. Digər vilayətlərlə yanaşı, paytaxt Kiyev şəhərində baş verən partlayışlar da rəsmən təsdiqlənib.