-
- 26-09-2024, 16:59
- 212
Qısqanclıq bəhanəsi ilə arvadını döydü, həbs edildi
Samsunda bir şəxs mübahisə etdiyi 9 aylıq hamilə arvadını döyüb.
News24.az xəbər verir ki, hadisə Samsunun Canik səmtinin Qaziosmanpaşa rayonunda baş verib.
Əldə edilən məlumata görə, qohumlarının evinə qonaq gələn R.K. qısqanclıq zəminində yaranan mübahisə zəminində 9 aylıq hamilə və bir uşaq anası olan həyat yoldaşı F.K.-nı təpiklə vuraraq döyüb.
F.K.-nın şikayəti əsasında Canik Rayon Polis Şöbəsinin Məişət və Qadın Zorakılığına Qarşı Mübarizə Bürosu qrupları tərəfindən R.K nəzarətə götürülüb.
Bu gün Samsun Ədliyyəsinə sövq edilən R.K. məhkəmə tərəfindən həbs olunaraq Samsun T Tipi Qapalı Həbsxanasına göndərilib.
Məryəm İlhamqızı