-
- 26-09-2024, 17:15
- 172
Hindistandan vətəndaşlarına ÇAĞIRIŞ
Hindistanın Beyrutdakı səfirliyi öz internet səhifəsində Livanla bağlı elan dərc edib.
News24.az xəbər verir ki, Hindistan, vətəndaşlarına artan gərginliyə əsaslanaraq, növbəti xəbərdarlığa qədər Livana səyahət etməmək tövsiyəsini təkrarlayıb.
Açıqlamada bütün Hindistan vətəndaşları Livanı tərk etməyə çağırılıb və ölkədə qalmağa davam edəcək vətəndaşlara səyahətlərini məhdudlaşdırmaq və diqqətli olmaq barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, İsrail ordusu sentyabrın 23-dən bəri Livanın cənub şəhərlərinə, həmçinin Bekaa və Baalbek bölgələrinə yüzlərlə hava zərbəsi endirib.
Livan səlahiyyətlilərinə görə, intensivləşdirilmiş hava hücumlarında 677 nəfər ölüb, 150 minə yaxın insan isə bombardmanlar nəticəsində ölkə daxilində didərgin düşüb.
Məryəm İlhamqızı