-
- 26-09-2024, 17:58
- 195
37 Məhbus səhvən sərbəst buraxıldı
İngiltərənin Ədliyyə Nazirliyi mənbələri, hökumətin həbsxanalardakı sıxlığı azaltmaq üçün başlatdığı erkən azad etmə proqramı çərçivəsində səhvən 37 məhbusun sərbəst buraxıldığını bildirib.
News24.az xəbər verir ki, bu səhv nəticəsində azadlığa çıxan 5 məhbusun hələ də həbsxanaya qayıtmadığı öyrənilib.
İngiltərə Ədliyyə Nazirliyinin sözçüsü Sky News-a verdiyi açıqlamada sərbəst buraxılan cinayətkarların təcili olaraq nəzarətə götürülməsini təmin etmək üçün polislə birlikdə çalışdıqlarını bildirib və belə deyib: “Məhkumluq qüvvədə qalır və cinayətkarlar izlənilir. Onlar tezliklə dəmir barmaqlıqlar arxasına qayıdacaqlar".
Məryəm İlhamqızı