-
- 26-09-2024, 18:18
- 291
Ritual üçün girdikləri çayda boğuldular: 46 ölü
“Hindustan Times” qəzetinin məlumatına görə, qadınların uşaqlarının yaxşılığı üçün oruc tutaraq çaya birlikdə girdiyi “Jivitputrika festivalı” zamanı boğulma hadisələri baş verib.
News24.az xəbər verir ki, dövlət orqanları 15 müxtəlif bölgədə dini ayinlər zamanı baş verən suda boğularaq 37-si uşaq olmaqla 46 nəfərin həyatını itirdiyini açıqlayıb.
Səlahiyyətlilər itkin düşmüş şəxslərin axtarışlarının davam etdiyini bildiriblər.
Baş nazir Nitish Kumar həyatını itirənlərin ailələrinə başsağlığı verib və ailələrə təzminat ödəniləcəyini açıqlayıb.
Məryəm İlhamqızı