Azərbaycanda "uşaqpulu"nun verilməsi ilə bağlı SON DƏQİQƏ açıqlaması - RƏSMİ
    • 26-09-2024, 18:48
    • 7 155

Azərbaycanda "uşaqpulu"nun verilməsi ilə bağlı SON DƏQİQƏ açıqlaması - RƏSMİ

Dövlətin digər dəstək mexanizmləri işlək vəziyyətdədir. Vətəndaşların ünvanlı sosial yardıma çıxışı mütəmadi olaraq təmin edilir.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Hidayət Abdullayev "uşaqpulu"nun verilməsi ilə bağlı suala cavab verərkən deyib 

O bildirib ki, bir yaşına qədər uşağı olan ailələr digər müavinətlərlə təmin olunur:

"Eyni zamanda, müddətli həqiqi hərbi xidmətdə olan hərbçilərin uşaqları da dövlət nəzarətindədir. Bu sahədə müvafiq dəstək mexanizmləri işlənilir. "Uşaqpulu" isə sovet dövründə bir stimul idi ki, bunu ailələrdə uşaqların sayının çox olması üçün edirdilər. Azərbaycanda hazırda belə problem yoxdur. Demoqrafiya baxımdan bu, əlverişli üsul deyil. Dediyim kimi, dövlətin digər işlək mexanizmləri hazırda mövcuddur.

Vətəndaşların dəstək mexanizmlərinə çıxışının asanlaşdırılması istiqamətində müvafiq işlər aparılır".