Tələbələrarası İntellekt Olimpiadasının qalibləri AÇIQLANIB
    • 18-06-2019, 16:50
    • 904

Tələbələrarası İntellekt Olimpiadasının qalibləri AÇIQLANIB

Bank of Baku-nun baş sponsorluğu ilə baş tutan Tələbələrarası İntellekt Olimpiadasının qalibləri açıqlanıb!

News24.az xəbər verir ki, hər zaman cəmiyyətin dəyərlərinə dəyər verən və bu istiqamətdə bir çox sosial layihələrə dəstək olan Bank of Baku daha bir layihəyə öz imzasını atıb. 


Ölkənin aparıcı və innovativ bankı Bank of Baku-nun baş sponsorluğu, “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi və “YAP Gənclər Birliyi” və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi ilə keçirilən "Tələbələrarası İntellekt Olimpiadası"nın qalibləri açıqlanıb.


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş olimpiadanın mükafatlandırma tədbiri 15 iyun tarixində Nizami Kino Mərkəzində baş tutub. 


Qeyd edək ki, ölkə üzrə 23 universitetdən ümumilikdə 10.254 nəfər tələbənin iştirak etdiyi olimpiadada 450 nəfər finala vəsiqə qazanıb. Layihədə birinci yerin qalibi Xəzər Universitetinin I kurs tələbəsi Tamerlan Abdullayev, ikinci yerin qalibi Cəbrayıl rayon sakini, ADA universitetinin I kurs tələbəsi Elvin Quluzadə və üçüncü yerin qalibi isə Bakı Ali Neft Məktəbinin tələbəsi Əsədullah Camalov olub. Qaliblər və finalçılar müxtəlif hədiyyə və sertifikatlarla mükafatlandırılıb. 


Bankın baş sponsorluğu ilə baş tutan olimpiadanın əsas məqsədi gənclərdə Azərbaycan tarixinə maraq yaratmaq və onlarda tarixi hadisələrə şüurlu və yaradıcı təfəkkürlə yanaşma imkanı vermək idi.