-
- 29-09-2024, 09:30
- 3 850
Maşını özləri yuyanlara xəbərdarlıq
Özünəxidmət yuyucu məntəqələri çoxdan sürücülər arasında populyarlaşıb. Lakin vaxt və pul qənaəti kimi aşkar üstünlüklərə baxmayaraq, bu üsul maşın üçün gizli təhlükələr daşıya bilər.
News24.az oxu.az-a istinadən bildirir ki, rusiyalı avtomobil mütəxəssisi İqor Boyarski özünəxidmət yuyucu məntəqələrindən istifadə edərkən nələrə diqqət yetirmək lazım olduğunu danışıb.
Onun sözlərinə görə, ilk növbədə, suyun keyfiyyəti əsas rol oynayır.
"Sərt, ya qarışıqları olan, xüsusilə isti və yüksəktəzyiqli su istifadə edildikdə avtomobilin vəziyyətinə mənfi təsir göstərə bilər. Bu, boya örtüyünün zədələnməsinə və korroziyanın sürətlənməsinə səbəb ola bilər", - deyə o bildirib.
Mütəxəssis, həmçinin güclü fırçalar və ya abraziv materiallardan istifadə edərkən ehtiyatlı olmağa çağırıb.
"Onların üzərindəki qum və digər hissəciklər avtomobilin gövdəsində cızıqlar və sürtünmələr yarada bilər", - deyə o bildirib.
Boyarski suyun yüksək təzyiqinin də problemlərə səbəb ola biləcəyini deyib.
"Yüksəktəzyiqli su kipləşdiriciləri və rezinləri zədələyə bilər ki, bu da gələcəkdə sızmalara və digər problemlərə gətirib çıxara bilər".