-
- 18-06-2019, 18:35
- 1 575
"Üfunət iyindən yaşaya bilmirik"- MASAZIR SAKİNLƏRİNDƏN ETİRAZ - FOTO - VİDEO
Abşeron rayon Masazır qəsəbəsinin sakinləri News24.az-ın redaksiyasına şikayətlə müraciət ediblər.
Rza Talıbov küçəsində yaşayan əhali ərazidə zibil qabılarının olmamasına etiraz edir: "Nəyə görə bu əraziyə zibil qutuları qoyulmur, əvəzinə maşın təyin edilir. Maşın da zibilləri hər 10 gündən bir qapıların ağzından yığır. Burda üfunət iyindən tərpənmək olmur. Yayın istisində bir gün belə zibil qalanda iylənir, indi siz təsəvvür edin, günlərlə qalan zibilin vəziyyəti necə olar? Ərazidə itlər, pişiklər qapımızın ağzına yığışır, zibilləri dağıdır. Ziyanvericilər də buraları basıb. Bu cür anti-sanitar vəziyyətdə insan necə yaşasın?" Şikayətçi sakinlər onu da bildiriblər ki, zibil maşınının 10 gündən bir zibilləri daşıması 3 manat ödənişlə həyata keçirilir: "Ödəniş üçün hər ay eyni gündə gəlirlər. Bir gün belə gecikmədən pul yığmağa gələ bilirlər, amma zibilləri vaxtında yığa bilmirlər? Maşın gəlib siqnal verir, həmin vaxt çıxıb zibilləri verə bildinsə bildin, yox maşının siqnalını eşitmədinsə, yaxud evdə olmadınsa, onda on gün də gözləməli olacaqsan. Bu nə sistemdir, axı?"
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən News24.az-a bildirilib ki, bu məsələ onların nəzarətində və tabeliyində deyil. Bu əraziyə Masazır Kənd İcra Nümayəndəliyi və Masazır Bələdiyyəsi nəzarət edir.
Məsələ ilə bağlı Masazır Bələdiyyəsinin sədri Siyənfər Əliyev News24.az-a açıqlamasında bildirib ki, hazırda ərazidə maşınlar işləyir: "Maşınımızn biri xarab olmuşdu, ona görə çətinliklərimiz var idi, indi maşınlarımız işləyir və 4 istiqamətdə hər tərəfdən məişət tullantıları yığışdırılır. Mən özüm də həmin əraziyə indi gedəcəm, amma dünən ordan zibillər yığışdırılıb. Biz o küçələrdə zibil qabı qoymamışıq. Zibillər qapının ağzına qoyulur, biz də onları həftənin 2-5-ci günləri yığırıq. Əgər bir problem olubsa da, maşının nasazlığı səbəbindən olub".
S.Əliyev açıqlama zamanı "bu ərazilərdən zibil qutuları niyə yığışdırılıb" sualını cavablandırmaqdan imtina edərək, mövzunu başqa səmtə yönəldib.
Afaq Mirayiq