Matç bitdi, "Qarabağ"ın məşqçisi haqsızlığa dözmədi, dava düşdü – VİDEO
    • 30-09-2024, 13:51
    • 374

Matç bitdi, "Qarabağ"ın məşqçisi haqsızlığa dözmədi, dava düşdü – VİDEO

AFFA Gənclər Liqasının (U-19) "Sabah" – "Qarabağ" matçı insidentlə başa çatıb.

Sportinfo.az xəbər verir ki, prinsipial rəqiblərin görüşündə "Sabah" 3:1 qalib gəlib.

"ASK Arena"da baş tutan görüşün ilk hissəsində baş hakim Niyaz Əhmədov əvvəlcə "Qarabağ"ı azlıqda qoyub.

Fasilədən sonra isə qapılara 4 qol vurulub. "Sabah"dan qolları Anar Hüseynov, Stefen Ende, Niyazi Osmanov və "Qarabağ"dan isə Davud Mənsumov (penalti) vurub.

Son dəqiqədə "Sabah"ın vurduğu 3-cü qolla "Qarabağ" tərəfi razılaşmayıb və oyundankənar vəziyyət olduğunu iddia edib.

Baş məşqçi Vüqar Əsgərlinin köməkçisi Məhəmməd Bədəlbəyli və qapıçı məşqçisi Əli Həsənli sərt etiraz edincə, onlara birbaşa qırmızı vərəqə göstərilib.

Oyundan sonra isə "Sabah"ın inzibatçısı Aslanla (soyadını dəqiqləşdirə bilmədik – red.) "Qarabağ"ın müdafiəçisi Səbuhi Niftiyev arasında mübahisə düşüb.

Bu mübahisəyə Məhəmməd Bədəlbəyli də qoşulunca qalmaqal böyüyüb. "Sabah"ın məşqçisi Saşa Yunisoğlu isə tərəfləri ayırmağa çalışıb (prosport.az).