-
- 30-09-2024, 18:11
- 179
Baş nazir QƏRAR İMZALADI
Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydası təsdiqlənib.
News24.az Sfera.az-a istinadla xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin aşağıdakı növləri vardır:
1. qəza-xilasetmə və digər təxirəsalınmaz işlər;
2. təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi;
3. ilkin zəruri təmir-bərpa işləri;
4. ictimai asayişin qorunması;
5. əhalinin təxliyəsi və daimi məskunlaşdırma məsələləri həllini tapanadək müvəqqəti sığınacaqla təmin edilməsi;
6. sanitariya-gigiyena tədbirləri və epidemiya (epizootiya) əleyhinə tədbirlər;
7. ərazilərin və su tutumlarının (rezervuarlarının) zərərsizləşdirilməsi;
8. əhalinin ilkin həyat təminatı üçün tədbirlər;
9. xəbərdar etmə və maarifləndirmə.