Aslan İsmayılov həbs edildi - Son dəqiqə
    • Bu gün, 10:16
    • 378

Aslan İsmayılov həbs edildi - Son dəqiqə

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan İsmayılov saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, onun üzərinə keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.