Maskalı şəxslər baş həkimi güllələdi - FOTO
    • Bu gün, 11:03
    • 185

Maskalı şəxslər baş həkimi güllələdi - FOTO

Rusiyada iki maskalı şəxs Mərkəzi Regional Xəstəxananın (MRX) baş həkimi Dinislav Aydinova atəş açıb. 

News24.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Hazırda atəş açan şəxslərin axtarışları davam edir. 

Yaralı həkim xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Reanimasiya şöbəsində müalicəsi davam edən həkimin çox qan itirdiyi, həyatı üçün isə təhlükə olmadığı bildirilib. 

Aydınovun vəziyyəti stabil-ağır qiymətləndirilir.

Teymur Məmmədov