-
- 19-06-2019, 10:36
- 843
Sahil Babayev Haynts Kollerlə görüşdü
Azərbaycanla BƏT arasında əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrə şəhərində (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev səfər çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Haynts Koller ilə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az –a verilən məlumata görə, görüşdə AzərbaycanınBMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov,BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Olqa Kulayeva və b. da iştirak edib.
S.Babayev Prezident cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramının əhalinin rifah halının yüksəldilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb. O, ölkəmizdə əmək haqları və minimum pensiya məbləğlərinin əhəmiyyətli şəkildə artırıldığını diqqətə çatdırıb, əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumat verib.
Nazir respublikamızda aktiv məşğuluq proqramlarının, o cümlədən özünüməşğulluq proqramının əhatə dairəsinin dəfələrlə genişləndirildiyini vurğulayıb. Bildirib ki, ölkəmizdə icra olunan bu proqram, həmçinin sosial yardım və əlilliyin qiymətləndirilməsi sahəsində Azərbaycanın avtomatlaşdırılmış sistemləri, respublikada qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən kompleks tədbirlər uğurlu təcrübələr kimi Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) “Yaxşı Təcrübə” xüsusi mükafatı ilə təltif edilib.
S.Babayev Azərbaycanda reallaşdırılan DOST layihəsi, ilk proaktiv xidmət olan avtomatlaşdırılmış pensiya təyinatı, elektron texnologiyaların əmək və sosial müdafiə, məşğulluq sahələrində geniş tətbiqi məqsədilə görülən işlər və əldə olunan uğurlu nəticələr barədə də məlumat verib.
Azərbaycanın BƏT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini qeyd edən nazir BƏT-in 100 illiyi ilə əlaqədar ölkəmizdə reallaşdırılan tədbirləri, habelə BƏT-in “Hər ölkəyə bir Konvensiya” təşəbbüsü çərçivəsində BƏT-in 155 saylı Konvensiyasının ratifikasiya edilməsi, BƏT-in “24-saat Qlobal Tur” təşəbbüsündə iştirakla bağlı görülən işləri diqqətə çatdırıb. S.Babayev bildirib ki, BSTA-nın Bakıda keçirilən Avropa Regional Sosial Təminat Sammitində BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, müvafiq mövzuda müzakirələr aparılıb, məktəblilər arasında “Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsi keçirilib.
H.Koller Azərbaycanda sosial sahədə aparılan uğurlu islahatların, əmək bazarında inkişaf meyllərinin davamlı xarakter alması üçün aparılan işlərin BƏT tərəfindən məmnunluqla qarşılandığını qeyd edib. O, ölkəmizin bu Təşkilatla geniş əməkdaşlıq gündəliyinə malik olmasının, Azərbaycanın BƏT təşəbbüslərinə fəal şəkildə qoşulmasının təqdirəlayiq olduğunu bildirib.
Görüşdə Azərbaycanla BƏT arasında əməkdaşlıq müstəvisinin daha da genişləndirilməsi, layiqli əməyin təminatı sahəsində birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsi və s. məsələlər müzakirə olunub.