-
- 1-10-2024, 12:00
- 547
40 manat cərimə olunacaqsınız - Diqqətli olun!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yasamal rayonunun Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri təşkil edib.
News24.az agentliyə istinadən xəbər verir ki, burada 5 duracaq və 1 minib-düşmə yeri fəaliyyət göstərir.
Duracaqlarda taksi olmayan avtomobillərin dayanması inzibati məsuliyyət yaradır və qayda pozuntusuna görə cərimə 40 manatdır.