-
- 1-10-2024, 16:31
- 199
Bakıda faciə: Ustanın üzərinə beton panel aşdı
Bakıda körpü tikintisi zamanı usta ölüb.
News24.az lent.az-a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Pirşağı qəsəbəsində baş verib.
Körpü tikintisi zamanı 54 yaşlı Yaşar Əli oğlu Qasımovun üzərinə beton panel aşıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ərazidə Böyükşor-Pirşağı yolu çəkilir. Sözügedən körpü də həmin layihə çərçivəsində inşa olunur.