-
- 1-10-2024, 17:14
- 191
Diqqət! Cərimələnə bilərsiniz - 2500 manat məbləğində....
Son dönəmlər avtomobildə yüksək səslə musiqi dinləyən sürücülərin sayı kəskin artıb və artıq bu vəziyyət sakinləri narahat edir.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, polis daxil olmuş müraciət əsasında məişət səs-küyünə qarşı müvafiq mübarizə tədbirləri həyata keçirir:
"Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki şəxslərə yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə iki min manatdan iki min beş yüz manatadək məbləğdə inzibati tənbeh tədbiri tədbiq edə bilər".
Ağa