Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq? - Rəqəm açıqlandı
    • 2-10-2024, 15:08
    • 181

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq? - Rəqəm açıqlandı

“Məlum olduğu kimi, 2025-ci ildə minimum əməkhaqqı və digər sosial ödənişlərin artacağı proqnozlaşdırılır. Pensiyanın orta artım tempi qanunvericiliyə uyğun olaraq, təxminən 8-9 faiz ətrafında olacaq. Sosial müavinətlər 10-15 faiz arasında artırılacaq. Çox güman ki, minimum aylıq əməkhaqqı ilə bağlı da eyni yanaşma tətbiq ediləcək”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, minimum əməkhaqqının 400 manata çatdırılması ehtimalı yüksəkdir. Böyük ehtimal ki, minimum əməkhaqqı 10-15 faiz artaraq 400 manat olacaq: socar vakansiya

“Ehtiyac meyarı göstəricisi nəzərə alınsa, minimum əməkhaqqı təxminən 600-650 manat olmalıdır. Amma hələlik minimum əməkhaqqı 400 manata çatdırılacaq”.

Ekspert vurğulayıb ki, təbii ki, minimum əməkhaqqının artımı digər sektorlara da təsir edəcək:

“Birmənalı olaraq özəl sektorda da bu göstəriciyə uyğun olaraq əməkhaqqları artırılmalıdır. Çünki minimum əməkhaqqı göstəricisi dövlət və özəl sektoru əhatə edir”.