-
- 19-06-2019, 15:38
- 765
Cenevrədə "CANSO 2020: BAKU" tədbirinin rəsmi təqdimatı keçirilib – VİDEO
“Azəraeronaviqasiya” HHİ-nin direktoru Fərxan Quliyevin rəhbərlik etdiyi “Azərbaycan Hava Yolları”nın nümayəndə heyəti Cenevrədə CANSO-nun (Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı)Ümumdünya Aeronaviqasiya Sammitində və 23-cü illik toplantısında iştirak edib.
“Azərbaycan Hava Yolları” QSC-dən News24.az-a verilən məlumata görə, CANSO-nun Qlobal Sammitində aviasiya sənayesinin dünyanın müxtəlif ölkələrindən 300-dən çox rəhbəri, həmçinin Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Hava Limanlarının Beynəlxalq Şurası (ACI), Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı (CANSO), Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) kimi beynəlxalq təşkilatların liderləri iştirak ediblər.
Tədbiri Cenevrə Respublikası və Kantonunun Dövlət Şurasının vitse-prezidenti Serj Dal Busko (Serge Dal Busco) açmışdır. Proqram çərçivəsində “Aviasiyada düşünülmüş liderlik” mövzusu üzrə əsas məruzəçilər Beynəlxalq Hava Nəqliyyati Assosiasiyasının (İATA) Baş Direktoru Aleksandr de Jyunyak (Alexandre de Juniac) və Hava Limanlarının Beynəlxalq Şurası (ACI) Baş Direktoru Angela Qittens (Angela Gittens) çıxış etmişdirlər. Daha sonra İATA-ya üzv aviaşirkətlərin, ACI-ya üzv aeroportların və CANSO aeronaviqasiya təminatı provayderlərinin qrup müzakirələri keçirilib.
AZAL tərəfindən Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətləri barədə videoçarx təqdim olunub.
Tədbirdə “CANSO-2020”-nin 2020-ci il iyunun 8-dən 12-dək Bakıda keçiriləcəyi rəsmən bəyan edilib.
“Biz CANSO Qlobal Sammiti və 24-cü illik toplantısı üzrə AZAL-ın komandası ilə birgə işləməyi səbirsizliklə gözləyirik. Azərbaycan qlobal və regional hava nəqliyyatında əsas rol oynayır və dünyanın bir çox ölkələri və təşkilatları ilə möhkəm əlaqələrə malikdir. Beləliklə, bu bizim növbəti flaqman tədbirimiz üçün mükəmməl mühit olacaq. Hava hərəkətinin idarə edilməsi sahəsində ən son yeniliklərlə tanış olmaq üçün hamınızı 2020-ci ildə orada qarşılamağa səbirsizlənirəm” - CANSO-nun yeni təyin olunmuş Baş Direktoru Saymon Hokard (Simon Hocquard) bildirib.
Xatırladaq ki, CANSO AGM-2020-nin keçirilməsi üçün Bakının namizədliyi Banqkokda İcraiyyə komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilib.
CANSO-nun 24-cü sammitinin Bakıda keçirilməsi haqqında sazişi 2018-ci ilin sentyabrında AZAL Prezidenti Cahangir Əsgərov və CANSO-nun sabiq Baş Direktoru Cef Pul imzalanıb.
“Global ATM Summit” illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitdə dünyanın 100-dən çox ölkəsindən 250-dən çox iştirakçı iştirak edir. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.
Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğısının, eyni zamanda bu sahədə əldə olunan uğurların əyani göstəricisidir.